Bakıda dəhşətli an: Gənc özünü binadan atdı - HADİSƏ YERİNDƏN VİDEO

26 Mart 2021 20:30

Bakı şəhərində intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xətai rayonu Həzi Aslanov metrostansiyasınımn yaxınlığındakı çoxmərtəbəli binada baş verib.

Təxminən 20-25 yaşlı oğlan özünü 10-cu mərtəbədən ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Araşdırma aparılır.

Milli.Az