"Beşiktaş"da ciddi itki

26 Mart 2021 14:08

"Beşiktaş"ın futbolçusu Raçid Qezzal zədələnib.

Milli.Az goal.com-a istinadən xəbər verir ki, Əlcəzayir yığmasının də oyunçusu olan 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Zambiya ilə matçda (3:3) xəsarət alıb. Qezzal oyuna davam edə bilməyib və əvəzlənib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Qezzal bu mövsüm Superliqada 21 matçda 1 qol vurub və 13 qolun ötürməsini verib.

Milli.Az