Daimi baş ağrısının səbəbi bu imiş

7 Aprel 2021 22:44

Rusiyalı həkim İrina Yarçeva və terapevt Larisa Alekseyeva davamlı baş ağrısının səbəblərini açıqlayıblar.

Milli.Az xəbər verir ki, Yarçeva daimi baş ağrısının bir çox xəstəlikdə ən çox görülən simptomlardan olduğunu qeyd edib.

"Stress, həddindən artıq gərginlik və yuxu çatışmazlığı baş ağrısının əsas səbəblərindəndir. Odur ki, iş və yuxu rejiminizi, həmçinin stress səviyyəsini daima nəzarətdə saxlamalısınız. Vaxtında fasilə verin və ya idmanla məşğul olun.

Baş ağrısı yüksək qan təzyiqi ilə yanaşı, qlaukomanın inkişafı ilə də əlaqəli ola bilər, xüsusilə yaşlılarda. Bundan başqa, uzun müddət kompüter qarşısında çalışmaq baş ağrısına təkan verir. Çünki onurğa əzələ gərginliyindən əziyyət çəkir.

Steroid olmayan antiinflamatuar dərmanlar baş ağrısına kömək edir. Bununla birlikdə, gündəlik preparat sayı icazə verilən dərəcəni aşmamalıdır, odur ki, mütəxəssislə məsləhətləşməlisiniz", - o, müsahibəsində bildirib.

Alekseyeva isə baş ağrısının ümumi səbəbini havadakı dəyişikliklər ilə əlaqələndirirb. Həm də səbəb hipotermiya ola bilər. Bundan əlavə, insanların həyat ritmindəki dəyişikliklər, tez hazırlanan yeməklər, energetik və spirtli içkilər, həmçinin siqaret baş ağrısına səbəb olur. (publika.az)

Milli.Az