Dünya bazarlarında qaz ucuzlaşıb

26 Mart 2021 11:44

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az bildirir ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,16% azalaraq 2,568 ABŞ dolları təşkil edib.

Milli.Az