"Atletiko" onunla maraqlanır

26 Mart 2021 11:20

"Roma"nın yarımmüdafiəçisi Qonzalo Vilyar karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "Atletiko" 23 yaşlı yarımmüdafiəçi ilə  maraqlanır. Onun qiymətinin 15 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Q.Vilyar bu mövsüm İtaliya A seriyasında 25 oyun keçirib və 5 sarı vərəqə alıb.

Milli.Az