Mustafa Sandal bəraət qazandı

26 Mart 2021 10:49

Türkiyəli müğənni Mustafa Sandalın həyatından bəhs edən "Beni ağlatma" kitabında etirafları qalmaqala səbəb olmuşdu.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə ifaçının kitabında aparıcı Defne Samyeli ilə 25 il öncə eşq yaşaması barədə yazısı olmuşdu.

Aparıcı iddiaları yalanlayaraq M.Sandalı məhkəməyə vermişdi. Müğənni bu gün hakimin qərarı ilə bəraət qazanıb.

Milli.Az