Bakıda qəza: Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

26 Mart 2021 09:28

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə Ağa Nemətullah küçəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Məhbubə Vəhab qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az