İstanbuldan uçuşa hazırlaşan iki təyyarədə BOMBA HƏYƏCANI

25 Mart 2021 22:37

İstanbul hava limanında Türkiyə Hava Yollarına məxsus iki təyyarəyə bomba qoyulduğu barədə məlumat daxil olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məlumat daxil olan kimi təyyarələr təhlükəsiz əraziyə aparılıb. Həmin təyyarələrin yoxlanıldığı bildirilir.

Qeyd edək ki, təyyarələrdən biri Almaniyanın Münhen, digəri isə Ştutqart şəhərinə uçuşa hazırlaşırmış.

Milli.Az