Ronaldo millimizlə matçdan yazdı

25 Mart 2021 16:07

Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri matç barədə fikirlərini açıqlayıb.

Milli.Az xəbər verir ki, 36 yaşlı forvard millimizə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sosial şəbəkə bu haqda paylaşım edib:

"Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Azərbaycan üzərində qələbəyə görə təbriklər, komanda".

Qeyd edək ki, Ronaldo bu oyunda 90 dəqiqə meydanda olub.

Milli.Az