Çin səfiri: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

28 Aprel 2010 12:20
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, görüşdə ölkələr arasında mövcud olan hərbi əməkdaşlıq məsələlərindən razılıq ifadə edilib. Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılarkən Çinin ölkəmizdəki səfiri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Qonaq ölkəsinin Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.

Milli.Az