Rəmişin yaddaşı gedib-gəlir, bəzən məni də tanımır - Xanımı

25 Mart 2021 14:34

Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik.

Milli.Az Nyus24.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.

O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir:

"Xalq artistimiz Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz

Milli.Az