Dieqo Kosta karyerasını Portuqaliyada davam etdirəcək

25 Mart 2021 14:24

İspaniyanın "Atletiko Madrid" futbol klubunun sabiq hücumçusu Dieqo Kosta karyerasını "Benfika"da davam etdirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  32 yaşlı hücumçu Portuqaliya təmsilçisi ilə razılığa gəlib. Onun "Benfika" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, D.Kosta ötən ilin dekabrında "Ateltiko Madrid"dən ayrıldıqdan sonra sərbəstdir.

Milli.Az