Ermənistanda son sutkada 1257 nəfər COVID-19-a yoluxub, 14 nəfər ölüb

25 Mart 2021 13:09

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 187 441 nəfərə çatıb.

Milli.Az bildirir ki, ötən sutka ərzində daha 1 257 nəfər COVID-19-a yoluxub, 14 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3 416 nəfərə çatıb.

Milli.Az