Gürcüstanda koronavirusa yoluxanların sayı 279 mini ötüb

25 Mart 2021 12:39

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  399 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  279 027, ölənlərin sayı isə 3 732 nəfərə çatıb.

Virusa yoluxanlardan 271 278 nəfərin sağaldığı bildirilir.

Milli.Az