İraqın Mosul şəhərinin Maxmur rayonunda İŞİD terror təşkilatının 27 silahlısı məhv edilib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, artıq iki həftədir davam edən əməliyyata İŞİD-lə mübarizə üzrə koalisiya qüvvələrinin aviasiyası və İraqın Hərbi Hava Qüvvələri cəlb olunub.
Milli.Az