Britaniyada beynəlxalq səyahət məhdudiyyətləri iyul ayına qədər uzadılacaq

25 Mart 2021 10:59

Böyük Britaniyada beynəlxalq səyahət məhdudiyyətləri iyul ayına qədər uzadılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində tətbiq olunan beynəlxalq səyahət məhdudiyyətlərinin iyul ayına qədər uzadılacağı və qaydaları pozaraq ölkəni tərk etmək istəyənlərin 5 min funt sterlinq cərimə ödəyəcəyi açıqlanıb.

Yalnız iş, təhsil, sağlamlıq səbəbləri və fövqəladə hallar baş verərsə səyahətlərə icazə verilir. Turist səfərləri isə qadağandır.

Milli.Az