Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

25 Mart 2021 09:19

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

"Shacman" markalı yük maşını "VAZ 2115" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan "VAZ"-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az