Bakıda dəhşət: Gənc qızın ayaqları sındı

25 Mart 2021 09:04

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

"Nəsimi" metrostansiyasının yaxınlığında 2001-ci il təvəllüdlü Məmmədova Sara Qəzənfər qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Milli.Az