Bakıda piyadanı avtomobil vurub

25 Mart 2021 08:18

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1967-ci il təvəllüdlü Şirinov Raqub Vaqif oğlu piyadalar üçün müəyyən edilməmiş yolda qarşı tərəfə keçərkən onu minik avtomobili vurub. Yaralı qapalı kəllə-beyin travması və sınıq xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az