Britaniyada son sutkada daha 5605 nəfərdə koronavirus aşkarlanıb

25 Mart 2021 08:53

Böyük Britaniyada son sutka ərzində 5605 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 312 908 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 98 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 382 nəfərə çatıb.

Milli.Az