Guccinin 12 dollarlıq ən ucuz ayaqqabısı: olmayan ayaqqabı

27 Mart 2021 19:40

Dünyanın ən populyar geyim markalarından biri olan Gucci ən ucuz məhsullarından birini paylaşıb.

Şirkət Virtual 25 adlı ayaqqabını cəmi 12 dollara satır. Gucci modelinin bu qədər ucuz olmasının səbəbi ayaqqabıların fiziki olaraq mövcud olmamasıdır.

Milli.Az techland.az-a istinadən bildirir ki, virtual reallıq şirkəti Wanna ilə işləyən Gucci bir sıra modellər istehsal edib.

12 dollara virtual ayaqqabı əldə edə bilərsiniz ancaq heç vaxt geyə bilmərsiniz. Gucci satın almadan əvvəl ayaqqabıları sınamaq imkanı da təqdim edir.

Milli.Az