Blatter 6 il 8 ay müddətinə cəzalandırıldı

24 Mart 2021 16:59

FİFA Müstəqil Etika Komitəsinin Məhkəmə Palatası qurumun keçmiş prezidenti Jozef Blatter və baş katibi Jerom Uolkeni etika qaydaların müxtəlif pozuntularında təqsirli bilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə FİFA-nın mətbuat xidməti xəbər verib.

Blatter və Uolkenin cəzası 6 il 8 ay müddətinə nəzərdə tutulub. Üstəlik, onlar 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.

2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qarşı qoyulmuş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.

Milli.Az