"Bitcoin"i olanlara şad xəbər

24 Mart 2021 18:39

ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla"nın rəhbəri İlon Mask, bu avtomobilləri "Bitcoin" kriptovalyutası ilə əldə etmək imkanının yaradılacağı barədə bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, "İndi "Tesla"nı "Bitkoin"lərlə ala bilərsiniz", - deyə o öz "Twitter" səhifəsində yazıb.

Mask əlavə edib ki, "Bitcoin" ilə ödəmə imkanı ABŞ xaricində 2021-ci ilin sonunda mövcud olacaq.

Milli.Az