Gəzmək adı ilə evdən çıxan deputatın meyiti tapıldı

24 Mart 2021 12:37

Rusiyanın Beslan şəhərində yerli şəhər dumasının deputatı ölü tapılıb.

Milli Az lenta.ru-ya istinadən xəbər verir ki, deputat Tamerlan Torçinov deputat ötən gün gəzmək adı altında evdən çıxsa da, geri dönməyib. Onun meyidi avtomobilində üzərində qan ləkələri ilə aşkar olunub. Faktla bağlı şübhəli şəxslər saxlanılıb, onların dindirilməsi prosesi gedir.

Kamran
Milli.Az