Bitkoin dolları yox, qızılı əvəz edə bilər

24 Mart 2021 12:14

Bitkoin qızılın əvəzedicisidir.

Milli.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Federal Rezerv Sisteminin rəhbəri Ceri Pauel deyib. Onun sözlərinə görə, bitkoin həddən dəyişkən və heç nə ilə təmin olunmadığı üçün hesablaşma vasitəsi ola bilməz:

"Kriptovalyuta daha çox spekulyasiyalar üçün aktivdir. Ona görə də onlar ödəniş üçün özəlliklə istifadə edilə bilməz. Bu, spekulyativ aktivdir. Bu tezliklə dolların yox, qızılın əvəzedicisi ola bilər".

Milli.Az