Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır

23 Mart 2021 21:34

Bir müddət əvvəl koronavirusa yoluxan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Toğrul Məmmədli  REAL TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, atasının müalicəsi xəstəxanada davam edir:

"Həkimlər əllərindən gələni edir.  Sadəcə onun yanaşı xəstəlikləri olduğuna görə COVİD-i daha ağır keçirir. Atamın vəziyyəti  heç də qənaətbəxş deyil".

Milli.Az