ABŞ-da son sutkada COVID-19-a 50 mindən çox yoluxma qeydə alınıb

23 Mart 2021 19:56

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 50 584 yoluxma halı qeydə alınıb, 590 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Con Hopkins Universiteti yayıb.

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 29 870 135 nəfərə çatıb.

ABŞ-da indiyədək COVID-19-dan 542 993 nəfər ölüb.

Milli.Az