100 milyondan çox insan koronavirusdan sağalıb - Ən son statistika

23 Mart 2021 18:38

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalanların sayı 100 milyonu ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, dünyada koronavirusdan sağalanların sayı 100 369 788 nəfərə çatıb.

Koronavirusa yoluxan 21 288 718 nəfərin müalicəsi isə davam edir.

Ümumilikdə dünyada 124 396 254 nəfər COVID-19-a yoluxub, koronavirusa yoluxan 2 737 748 nəfər ölüb.

Milli.Az