Böyük tamaşaçı auditoriyasına malik "Yasak elma" serialının ötən gün yayımlanan bölümü tənqidlərə tuş gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin ssenarisinə edilən köklü dəyişiklik tamaşaçıları məyus edib.
Belə ki, serialda baş verən yanğın zamanı Yıldız komaya düşür və 5 il sonra ayılır. Bu 5 il müddətində isə ekran işindəki bütün obrazların həyat və yaşayış tərzi, o cümlədən xarakteri belə dəyişmiş olur.
Ssenaridə edilən gözlənilməz və arzuolunmaz dəyişiklik tamaşaçıların tənqidinə tuş gəlib. Onlar "Bu görüntüləri gördüyümə gözlərim kor olardı", "Serial deyil, yuxudur sanki..." , "Mənə görə artıq bu serial final edib" kimi sözlər yazaraq bu dəyişikliyi bəyənmədiklərini bildiriblər.
Milli.Az