Putinin tayqada istirahət zamanı geyimi neçəyə başa gəlib? - FOTOlar

23 Mart 2021 14:17

Əcnəbi jurnalist Heyli Riçardson Rusiya prezidenti Vladimir Putinin Sibirdə tayqada dincələn zaman əynindəki geyimin qiyməti ilə bağlı araşdırma aparıb.

Milli.Az xəbər verir ki, onun araşdırması Daily Mail-də yerləşdirilib. Nəşrin məlumatına görə, Putin başdan-ayağa kimi qoyun dərisindən tikilən geyimdə olub. Prezidentin əynində olan paltarların qiyməti 700 funt-sterlinqə başa gəlib. 300 funt parçaya, 500 funta yaxın vəsait isə dərzilərə verilib.

Milli.Az