Operativ Qərargah vaksinasiya ilə bağlı məlumat yaydı

23 Mart 2021 12:50

Martın 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,121 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487,561 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Milli.Az