De Brüynenin zədəsinin son durumu

30 May 2021 21:25

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne zədəsinin son durum haqda məlumat verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının finalında "Çelsi" ilə oyunda (0:1) zədələnən belçikalı yarımmüdafiəçi "İnstaqram" səhifəsində yazıb: "Salam uşaqlar. Xəstəxanadan qayıtdım. Mənə burun sümüklərinin və sol orbitin qırılması diaqnozu qoyulub. İndi özümü yaxşı hiss edirəm. Dünənki nəticəyə görə məyusuq, amma biz qayıdacağıq".

Qeyd edək ki, de Brüyne 56-cı dəqiqədə zədələnib və məcburi əvəzlənib.

Milli.Az