Türkiyənin İzmir vilayətində FETO təşkilatı ilə əlaqədə şübhəli bilinən 184 nəfər hərbçi barədə saxlanılma qərarı verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hərbçilərin istintaqını İzmir Prokurorluğu aparır.
Saxlanılanlar arasında Türkiyənin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Dəniz Qüvvələri, Jandarma Ümumi Komandanlığının yüksək rütbəli hərbçiləri və hərbi məktəblərdə oxuyan tələbələr var.
Şəbəkənin digər üzvlərinin deşifrə edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Milli.Az