Afrikada ən qədim dinozavr yuvası tapılıb
25 Yanvar 2012 20:43
Paleontoloqlar "Golden Gate Highlands"" Milli parkının dağlarında Yer üzündə gec Trias və erkən Yura dövründə meydana gələn ilk iri dinozavrların çox yaxşı qalmış yuvalarını aşkar ediblər. Həmin dinozavrlar prozavropodlar növünə aiddirlər. Yuvaların yerləşməsi və hörülmə xüsusiyyətlərinə görə, alimlər dişi prozavropodların qayğıkeş ana olduqlarını müəyyən ediblər. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Professor Pobert Reyjin rəhbərlik etdiyi tədqiqatçılardan ibarət qrup bir qədər hündür səviyyədə onlarla yumurta saxlanılan yuva aşkar edib. "Daily Mail" xəbər verir. Ümumilikdə, təxminən 190 milyon il yaşı olan yuvalarda 340 yumurta aşkar edilib. Bu, daha əvvəl aşkar edilmiş istənilən başqa dinozavr məskənindən tam 100 milyon il daha qədimdir.
Hər yuvada bir-birinin yanında 30 və daha artıq yumurta tapılıb. Böyük individlərin (uzunluğu 6 metrə yaxın) zəhmli ölçülərini və yumurtaların (6-7 santimetr diametrdə) balaca ölçülərini nəzərə alaraq, alimlər belə nəticəyə gəliblər ki, dişi dinozavrlar yumurtaları yuvaya artıq yumurtladıqdan sonra səliqə ilə yerləşdiriblər.
Yuvaların hörülməsi qaydası bu qədim dinozavrların dəfələrlə öz yuvalarına qayıtdıqlarını deməyə əsas verir. Bundan başqa, onlar çox güman ki, yumurta qoymazdan əvvəl qruplar halında cəmləşiblər. Belə davranış qaydası "yuvaya sədaqət" (yaxud "evə sadiqlik") adlandırılır.
Kiçik dinozavrların yuvadakı xırda ləpirlərindən görünür ki, onlar ölçüləri ən azı iki dəfə artana kimi yuvalarda qalırmışlar. Bu müddətdə onlara yaşlı dinozavrlar göz qoyurmuş.
Bu son dərəcə maraqlı tapıntı ilə bağlı İngiltərə Kral Muzeyinin əməkdaşı Ontario Devid Evans bildirib ki, 190 milyon illik yaşa malik bu yuvalar ilk dəfə olaraq bizə öz təkamül tarixlərinin başlanğıcında dinozavrların təkrar istehsalı haqqında ətraflı hesabat verir və dinozavrların istifadə etdikləri qədim yuvasalma strategiyasını izah edir.
Milli.Az