Vəzifəsindən məcburən kənarlaşdırılan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan baş prokurora müraciət edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli "ArmluR" portalı məlumat yayıb.
O, baş nazir Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə (vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıqdan ağır nəticələrə səbəb olduqda) cinayət işinin başlanılmasını tələb edir.
Milli.Az