Azərbaycanlı nazirin təyyarədəki bu görüntüləri gündəm yaratdı - VİDEO

22 Mart 2021 23:45

Azərbaycanda adətən nazirlər zəngin və dəbdəbəli həyat tərzləri ilə gündəmə gəlirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adi vətəndaşlarla təyyarədə səfər etdiyini göstərən video yayılıb.

Görüntülərdə M. Babayevin "biznes-klass"da deyil, "ekonom-klass"da səfər etdiyi görünür.

ETSN rəhbərliyinin bu davranışı sosial şəbəkədə müsbət qarşılanaraq təqdirəlayiq hərəkət kimi dəyərləndirilib.

Milli.Az