"İllər keçdikcə özümü daha gənc hiss edirəm"

22 Mart 2021 18:20

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç öz çıxışı barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu getdikcə özünü daha cavan hiss etdiyini deyib:

"Gəlin, yaş barədə danışmayaq. Benjamin Battona bənzəyirəm. İllər keçdikcə özümü daha gənc hiss edirəm. Oyunumla müqaviləmin yenilənməsinə layiq olduğumu sübut etmək istəyirəm".

Qeyd edək ki, İbrahimoviç bu mövsüm bütün turnirlərdə 23 matça çıxaraq, 17 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az