Könül Kərimova da pul qazanmaq üçün Rusiyaya getdi

22 Mart 2021 17:33

Azərbaycanda pandemiya səbəbi ilə toy və ad günü məclislərinə qadağa qoyulması müğənnilərimizin pul qazanması üçün başqa ölkələrə üz tutmasına səbəb olub.

Milli.Az oxu.az-a istinadla bildirir ki, onlardan biri də Əməkdar artist Könül Kərimovadır.

O, Moskvaya gedərək toy məclisləri və kütləvi tədbirləri idarə edir.

Milli.Az