Azarkeşsiz Olimpiya Oyunları - Yaponlar nə qədər itirəcək?

22 Mart 2021 15:51

Yaponiya Olimpiya və Paralimpiya oyunlarını xarici ölkələrdən azarkeş qəbul etməməsi səbəbindən 150 mlrd. ien (1,37 mlrd. dollar) itirəcək.

Milli.Az Nezavisimaya qazeta-ya istinadən xəbər verir ki, belə bir hesablamanı Yaponiyanın Nomura tədqiqat institutunun iqtisadçıları aparıb.

Ən çox ziyanı mehmanxana və restoran biznesi itirəcək. Oyunların təşkilatçıları yeri azarkeşlərin sayında məhdudiyyətlər tətbiq edərsə, iqtisadi itkilər daha da artacaq.

Koronavurisa qarşı tədbirlər və Olimpiya Oyunlarının təxirə düşməsi səbəbindən oyunların büdcəsi artaraq hazırda 1,64 trln.ien-ə (15,9 mlrd. dollar) yüksəlib.

Milli.Az