Zədə səbəbindən millimizin heyətindən çıxarılan Qara Qarayevin durumu bəlli olub.
Milli.Az bildirir ki, Ağdam klubundan qol.az-a verilən məlumata görə, yarımmüdafiəçinin sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun ən azı iki həftə meydana çıxa bilməyəcəyi bildiririlib.
Bu isə o deməkdir ki, millimizin DÇ-2022-nin seçmə mərhələsində ilk 3 oyununu buraxacaq 28 yaşlı futbolçu aprelin 4-də Premyer Liqanın 21-ci turunda "Keşlə" ilə keçiriləcək səfər matçında da iştirak edə bilməyəcək.
Milli.Az