Əməkdar artist oğlunu evləndirir

22 Mart 2021 13:55

Əməkdar artist Almaz Orucova oğlu Azəri evləndirməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanəndə bu haqda "Hüseynova bacıları" proqramında danışıb. O bildirib ki, oğlu üçün elçi gedib və qızın "hə"sini alıb:

"Nişan payızda olacaq. Deyirəm ki, bir az gözləyək, bəlkə hər şey düzələ. Sonra da toy edərik. Oğlumun öz seçimidir. Qızla bir yerdə oxuyublar". 

Milli.Az