ABŞ-ın Nyu Cersi ştatında bir nəfəri ölənədək döyən şəxs mərhumun avtomobilində gəzərkən saxlanılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, qatil 66 yaşlı Maykl Dabkovskinin evinə daxil olaraq, əlindəki çəkiclə onu döyərək öldürüb, daha sonra isə mərhumun avtomobilini qaçırıb.
Bununla yanaşı, saxlanılan şəxs Nyu-Meksikoda cəsədi avtomobildə tapılan dörd nəfərin də qətlində şübhəli hesab olunur.
İstintaqın gedişində 47 yaşlı Şon Lannon daha 15 nəfərin qətlini etiraf edib.
Hazırda bütün məlumatlar yoxlanılır.
Milli.Az