Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır

22 Mart 2021 00:15

Bu gündən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılır.

Milli.Az bildirir ki, həmin şəxslər peyvənd vurdurmaq üçün https://randevu.its.gov.az/ saytından qeydiyyat keçməlidirlər.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Sinovac şirkətinin "Coronavac" vaksinindən istifadə olunur. 

Milli.Az