“Lufthansa” Almaniyadan Azərbaycana aviareysləri bərpa edəcək

21 Mart 2021 23:41

"Lufthansa" hava yolları şirkəti Frankfurt-Tbilisi-Bakı müntəzəm marşrutu üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır.

Milli.Az baku.ws-yə istinadən bildirir ki, təyyarə reyslərinin iyun ayının 1-dən etibarən həyata keçiriləcəyi gözlənililir. Uçuşların həftənin çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günlərinə təsadüf edəcəyi bildirilir.

Xatırladaq ki, ölkəmizdə karantin məhz iyunun 1-dək uzadılıb.

Milli.Az