Gəncə sakini qardaşını bıçaqlayıb

21 Mart 2021 23:13

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub.

İlkin məlumata görə, hadisəyə səbəb qardaşlar arasındakı mübahisə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az