Tovuzda 34 yaşlı qadın dəm qazından zəhərlənib

21 Mart 2021 23:12

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cəfərova Günel Suliddin qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.

İlkin məlumata görə, 34 yaşı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Milli.Az