"Sumqayıt"dan böyükhesablı qələbə

21 Mart 2021 20:35

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt" bu gün MOİK-lə yoxlama oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, birinci divizion təmsilçisi ilə "Kapital Bank Arena"da keçirilən görüşdə Ayxan Abbasovun komandası 3:0 hesablı qələbə qazanıb. Mehdi Şərifinin dubl etdiyi qarşılaşmada digər qol avtoqol kimi qeydə alınıb.

Milli.Az