Myanmada ölənlərin sayı artır

21 Mart 2021 21:02

Myanmada hərbi çevrilişə və qanuni hökumətin üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 247 nəfərə çatıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, son sutkada bu etirazlarda daha 23 nəfər ölüb.

Bir sıra böyük şəhərlərdə təhlükəsizlik qüvvələri etirazları dağıtmaq üçün döyüş güllələrindən istifadə edib.

Qeyd edək ki, sözügedən aksiyalarda 2345 etirazçı da saxlanılıb.

Milli.Az