Bu gün Yer kürəsinin yaxınlığından "2001 FO32" asteroidi keçəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, asteroid Yerə 2 milyon kilometrə qədər yaxınlaşacaq. NASA asteroidin Yerlə toqquşmaq təhlükəsi olmadığını açıqlayıb.
Bununla belə, 2 milyon km məsafə Yerə yaxın məsafə sayılır və ona görə də "2001 FO32" potensial təhlükəli asteroid sayılır.
Asteroidin diametrinin 440-680 m olduğu qeyd edilib. Bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək.
Milli.Az