Nazir polkovnik-leytenantın vəzifəsini kiçiltdi

21 Mart 2021 16:26

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az Unikal.org-a istinadən bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyət üzrə rəis köməkçisi, polkovnik-leytenant Əjdər İsgəndərov tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri, general-polkovnik  Vilayət Eyvazovun  digər əmri ilə Ə. İsgəndərov Gədəbəy rayon Polis şöbəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Milli.Az